İyun 30, 2020 04:54 Asia/Baku
  • 186 mindən çox koronavirus xəstəsi sağalıb

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi COVİD-19 infeksiyasına daha iki min yeni yoluxma faktının qeydə alınmasını və bu virusa yoluxanlardan 186 mindən çox insanın sağaldığını bildirib.

SəhərAzəri xəbər verir, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari İranda koronavirusla bağlı son statistikanı açıqlayarkən, qeyd edib ki, İranda qəti diaqnostika meyarlarına əsasən, daha iki min 536 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, onlardan 1461 nəfəri xəstəxanaya yerləşdirilib və qalanları isə ambulator müalicə alaraq, evə buraxılıb.

Larinin sözlərinə görə, İranda koronavirusa yoluxanların ümumi sayının 225 min 205 nəfərə çatıb. Həmçinin son sutka saat ərzində 162 min insan koronavirusdan həyatını itirib və beləliklə İranda koronavirus qurbanlarının ümumi sayı 10 min 670 nəfərə yüksəlib.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi indiyə kimi,186 min 180 nəfərin bu virusdan sağalaraq, evə buraxıldığını elan edib.

Qeyd edək ki, dünyada təxminən 10 milyon 270 min nəfər koronavirusa yoluxub, onlardan ən azı 505 mini hayatını itirib və 5 milyon 570 mindən çox insanda sağalaraq, xəstəxanalardan evə buraxılıb.

Teqlər