İyul 03, 2020 20:04 Asia/Baku
  • Sanksiyaların ləğvi koronavirusla mübarizə üçün zəruridir

İranın BMT-dəki daimi nümayəndəsi ölkələrin koronavirusla mübarizə gücünü zəiflədən sanksiyaların ləğvi vacibliyini vurğulayıb.

SaharAzeri xəbər verir, Məcid Təxte Rəvançi dünən BMT Təhlükəsizlik Şurasının koronavirusun təsirlərinin araşdırılması barədəki iclasında deyib: Yüksək ölüm göstəricilərinə malik olan pidemik xəstəliklər düşmənçiliklərlə mübarizə aparan ölkələrin iqtisadi və sosial vəziyyətinə mənfi təsir göstəri və onların mövcud problemlərinə digər bir qatın əlavə olunması vəziyyəti daha da mürəkkəbləşdirir.

Təxte Rəvançi bu istiqamətdə koronavirusun Qərbi Asiyada, xüsusən Suriya və Yəməndə yayılması nəticəsində yaranmış bəzi problemlərə toxunaraq, deyib: Bu durum Amerikanın son zamanlar Suriya xalqına qarşı birtərəfli sanksiyalar tətbiq etməsilə, eləcə də Yəmənin dəniz və hava limanlarının mühasirəsinin davam etməsilə daha da kəskinləşibdir.

İranın BMT-dəki daimi nümayəndəsi sonra deyib: İran koronavirusun təsiri altında olan, eləcə də Amerikanın sanksiyaları hədəfinə çevrilən bir ölkə kimi yaxşı bilir ki, bu sanksiyalar tibb ləvazimatları və dərmanın idxal edilməsini qarşısının alınması ilə koronavirusla mübarizədə ölkələrin gücünü necə zəiflədir.

Təxte Rəvançi sonra belə qeyd edib: Birtərəfli sanksiyalar real surətdə hamıdan çox xəstələri hədəfə alır və onu göstərir ki, qeyd olunan sanksiyalar nə həddə qeyri-etik, qeyri-insani və qanunsuzdur.

İranın BMT-dəki daimi nümayəndəsi sonda vurğulayıb ki, koronavirus bəşəriyyət ailəsinin müştərək düşmənidir. O, deyib ki, bu virusla yeganə mübarizə yolu, beynəlxalq həmkarlıq və real həmrəylikdir.

Dərman və tibb ləvazimatları da daxil olmaqla əsas vəsaitlərə şamil olan Amerikanın birtərəfli və zalımcasına sanksiyaları Amerikanın sanksiyaları altında olan ölkələrin xalqları, xüsusən koronavirus xəstələri üçün bir çox problemin yaranmasına bais olubdur.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif son zamanlar ABŞ-ın koronavirus pandemiyası dövründəki düşmənçilik siyasətlərini tənqid edərək, demişdi ki, dünya daha Amerikanın tibb terrorizmi ilə peyvənd tapmış iqtisadi terrorizmi qarşısında susa bilməz.

Teqlər