Okt 18, 2020 20:53 Asia/Baku
  • Qarabağın azadlığına dəstək bütün müsəlmanlara vacibdir

Ayətullah Məkarem-Şirazi vurğulayıbdır ki, Qarabağın azadlığına dəstək bütün müsəlmanlara vacibdir.

SəhərAzəri xəbər verir, Ayətullah Məkarem-Şirazi bir müraciətdə Qarabağ hadisələrinə işarə ilə bildirib: Son günlər Qarabağ bölgəsindəki nigaranedici xəbərlər bir daha düşüncə və qəlbləri İslam Dünyasının bir parçası olan bu bölgəyə yönəltdi.

Müraciətdə deyilir: Bu bölgənin ötən illərdə qəddarcasına işğal edilməsindən sonra bir daha bu bölgədə müharibə odu alovlandı və o diyarın məzlum müsəlmanlarının qanını yerə tökdü ki, bu işlərin məsuliyyəti onun ilkin səbəbkarlarının, yəni işğalçıların üzərinə düşür.

Bu müraciətdə sonra vurğulanıb: Qarabağın azadlığına dəstək, Fələstinin və digər islami diyarların işğalçılıqdan azad edilmələrini himayə kimi bütün müsəlmanlara vacibdir. Biz də bu himayəyə təkid edir və lazım bilirik ki, hər cür vasitəçilik, müzakirə və qərar, bu bölgənin tam şəkildə azad edilməsi və onun İslam Dünyasına qayıtması ilə nəticələnməlidir.

Teqlər