Okt 25, 2020 22:19 Asia/Baku
  • İİR Ordusunun «Vilayət aşiqləri-99» hərbi təlimləri keçirilib

İranın şimal-qərbindəki sərhəd bölgələrində İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının hərbi təlimləri keçirilib.

SəhərAzəri xəbər verir, Ölkənin şimal-qərbindəki ümumi bölgədə döyüş hazırlığı və fəaliyyətinin yüksəldilməsi məqsədilə bir sutkalıq formada təşkil edilən bu hərbi təlimlər uğurla keçirilibdir.

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydəri «Vilayət aşiqləri-99» hərbi təlimlərinin kənarında deyib ki, ordunun quru qoşunları silahlı qüvvələrin ali baş komandanının əmrlərinə söykənməklə, sürətli reaksiya və hərəkətdə olan hücum qüvvəsinə çevrilibdir.

General Heydəri söyləyib: İran İslam Respublikası Ordusunun Quru Qoşunları malik olduğu hücum əhval-ruhiyyəsilə «Vilayət aşiqləri-99» hərbi təlimlərini tamamilə məqsədyönlü şəkildə həyata keçirdilər.

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı qeyd edibdir ki, bu qüvvələr mümkün olan ən qısa zamanda hər bir təcavüzkarın işini bitirməyə hazırdır.

Teqlər