Okt 27, 2020 13:30 Asia/Baku
  • Türkiyənin İskəndərun şəhərində terror partlayışı + Video

Partlayışı dünən gecə yerli vaxtla saat 21: 30-da İskəndərunun mərkəzində baş verib.

SəhərAzəri xəbər verir, Hatay Valiliyi tərəfindən verilən məlumata görə, dünən gecə yerli vaxtla saat 21: 30-da, Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində, bir terrorçunun üstündəki bombanın partlaması nəticəsində güclü partlayış baş verib.

Türkiyənin Hatay valisi Rəhmi Doğan bildirib: Bu partlayış, axtarışda olan iki terrorçu tərəfindən həyata keçirilib, və partlayış nəticəsində bir polis səthi yaralanıb və terrorçulardan biri öldürülüb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu da qeyd edib: Terrorçulardan biri partlayış nəticəsində öldürülüb, digəri isə qaçaraq türk təhlükəsizlik qüvvələrinin əlinə keçərkən yaralanıb.

Türk xəbər agentliklərinin verdiyi məlumata görə, İskəndərun vətəndaşları terror hadisəsində zərər görməyiblər və yalnız bir polis yaralanıb.

Qeyd edək ki, iki terrorçunun PKK üzvü olduqları da bildirilib.

 

Teqlər