Noy 03, 2020 13:46 Asia/Baku

Həzrət Ayətullulüzma Xamenei bu gün əziz İslam Peyğəmbərinin (s.ə.s) viladətinin ildönümü münasibətilə etdiyi müraciətdə Qarabağ münaqişəsinə də münasibət bildiriblər.

SəhərAzəri xəbər verir, Həzrət Ayətullahuluzma Xamenei bu gün canlı televiziya çıxışında İslam Peyğəmbəri(s.ə.s)-in və Həzrət İmam Cəfər Sadiq(ə)-ın mübarək mövlud günlərinin ildönümü gününü təbrik edərək, Ermənistanla Azərbaycan Respublikası arasında gedən son savaşa işarə ediblər. O həzrət bu məsələnin regionun təhlükəsizliyini təhdid edən acı bir hadisə olduğunu vurğulayaraq, deyiblər: Bu hərbi döyüşlər tez bir zamanda bitməlidir; əlbəttə, Azərbaycan Respublikasının Ermənistan tərəfindən ələ keçirilmiş bütün torpaqları azad olmalı və Azərbaycana qayıtmalıdır.

Həzrət Ayətullahuluzma Xamenei bu torpaqlarda ermənilərin təhlükəsizliklərinin qorunması və iki tərəf vasistəsilə beynəlxalq sərhədlərə riayət edilməsi vacibliyini də vurğulayıb və belə qeyd ediblər: Mötəbər məlumatlara əsasən, bölgəyə daxil olmuş terrorçular heç bir vəchlə İran sərhədinə yaxınlaşmamalıdırlar. Əgər onlar İran sərhədinə yaxınlaşarlarsa, mütləq onlarla qətiyyətlə rəftar ediləcəkdir.

İslam İnqilabının Böyük Rəhbəri Amerikanın tamahkarlıqları qarşısında müqavimət kimi aqilanə siyasətə işarə ilə deyiblər: İran İslam Respublikasının ölçülüb-biçilmiş siyasətləri Amerikada şəxslərin getmələri və gəlmələri ilə dəyişməyəcəkdir.

Həzrət Ayətullahuluzma Xamenei Amerika rejiminin vəziyyətini tamaşa ediləsi adlandıraraq, söyləyiblər: Hazırda fəaliyyət göstərən və seçkiləri keçirməli olan prezident deyir ki, bu, Amerikada ən saxta seçkiləridir. Onun rəqibi də deyir ki, Tramp geniş saxtakarlıq etmək niyyətindədir.

İslam İnqilabının Böyük Rəhbəri bu vəziyyəti liberal-demokratiyanın çirkin simasından bir nümunə adlandırıb və belə deyiblər: Amerikada hansı kəsin hakmiyyətinə gəlməsindən asılı olmayaraq, hazırkı vəziyyət Amerikada kəskin etik, siyasi və vətəndaş tənəzzülünün nişanəsidir və belə bir siyasi sistemin sonu, dağılma və məhvolmadır.

Həzrət Ayətullahuluzma Xamenei Amerikanın İranın islami quruluşu ilə düşmənçiliyinin əsas səbəbini İranın/ zalımcasına siyasətləri qəbul etməməsi və onların hökmranlıqlarını rəsmi şəkildə tanımaması adlandırıb və belə söyləyiblər: Bu düşmənçilik davam edəcək və onun aradan qaldırılmasının yeganə yolu, qarşı tərəfin İranın xalqı və dövlətinə əsaslı zərbə endirə biləcəyi təsəvvüründən məyus olmasıdır.

İslam İnqilabının Böyük Rəhbəri çıxışlarının digər bir hissəsində vəhdət həftəsinin dərk olunmamış əhəmiyyətinin bəyanında, Yəməndə beş ildir gedən müharibə və Yəmən xalqının səudiyyəlilər tərəfindən vəhşicəsinə bombardman edilməsi, həmçinin bir neçə zəlil hökumətin Fələstin məsələsini görməməzliyə vuraraq, İslam Ümmətinə ağız büzməsi kimi İslam Dünyasındakı acı hadisələrin əlacını, müsəlmanların birliyində görüblər.

Teqlər