Noy 06, 2020 12:43 Asia/Baku
  • İİR ordusu hava qüvvələrinin təlimləri uğurla həyata keçir

«Vilayət Həriminin Müdafiəçiləriı» 9-cu hərbi təlimlərinin əsas və əməliyyat mərhələsinin ikinci günündə «F-4» qırıcı-bombardmançı təyyarələri «Mevrik» tipli hava-quru raketlərilə və «Qased» tipli elektron bombalarla xəyali hədəfləri məhv ediblər.

SəhərAzəri xəbər verir, «Vilayət Həriminin Müdafiəçiləri» 9-cu hərbi təlimlərinin sözçüsü briqada generalı Fərhad Qudərzi dünən deyib: «F-4» qırıcı-bombardmançı təyyarələri təkmilləşdirilmiş və yaxşılaşdırılmış «Mevrik raketləri atmaq və İran İslam Respublikası Ordusunun hava qüvvələrinin iqtisadi müstəqillik cihadı mütəxəssislərinin ciddi-cəhdi ilə istehsal olunmuş uzaq mənzilli, dəqiq və elektron bombalardan istifadə etməklə qurudakı hədəfləri vurublar.

General Qudərzi sonra deyib: Döyüş başlığı ilə təchiz olunmuş «Arəş» tipli pilotsuz uçan aparatlar ilk dəfə olaraq, yüz kilometrlik məsafəni qət edərək, düşmən istehkamlarına qarşı kamikadze əməliyyatına əl atıb və bu hədəfləri uğurla məhv ediblər.

Teqlər