Noy 24, 2020 23:40 Asia/Baku
  • Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov vurğulayıb: "Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək".

Teqlər