Apr 15, 2017 17:27 Asia/Baku
  • 2 iranlı yeniyetmə finala vəsiqə qazanıb
    2 iranlı yeniyetmə finala vəsiqə qazanıb

Azərbaycan Respublikası Güləş Federasiyası Kubokunda iki iranlı yeniyetmə finala vəsiqəni təmin edib.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu gün  Abbas Forutən 84 kiloqram çəki dərəcəsində azərbaycanlı və qazaxıstanlı rəqibləri Tale Nəsirov və Aslanbay Tordıbayovu, Əlirza Abdullahi isə 100 kiloqram çəki dərəcəsində azərbaycanlı və gürcüstanlı rəqibləri Aydın Əhmədov və Solomon Manişvilini məğlub edərək, finala vəsiqə qazanıblar. Final bu gün axşam keçiriləcək

50 kiloqram çəki dərəcəsində Məhəmməd Xodabəxşi , 63 kiloqram çəki dərəcəsində Əmirhüseyn Məqsudi və Əşkan Kuşki, 69 kiloqram çəki dərəcəsində Nikzad Əlizadə  və 76 kiloqram çəki dərəcəsində isə Meysəm Zare bu gün axşam bürünc medal uğrunda mübarizə aparacaqlar.

İranın kuboka ezam olunmuş komandasının rəhbəri Mostəfa Əlizadə bildirib ki, İranın sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandası 9 çəki dərəcəsində 12 güləşçi ilə bu yarışlarda iştirak edib.

O, deyib: Yarışların keyfiyyət səviyyəsi bu idman növündə iştirak edən tanınmış ölkələrin iştirakına görə yaxşı idi, amma hakimlik səviyyəsi mübahisəli idi və bizim bəzi güləşçilərimiz qeyri-düzgün hakimlik səbəbindən finalda iştirakdan qaldılar ki, ümidvaram, beynəlxalq güləş federasiyasında bu məsələlərə baxılsın.

Bu yarışlarda 11 ölkədən 114 yeniyetmə idmançı rəqabət aparır.