May 15, 2017 10:27 Asia/Baku
  • İran idmançıları İslamiadada uğulu çıxış edirlər
    İran idmançıları İslamiadada uğulu çıxış edirlər

İran idmançıları IV İslam Həmrəyliyi Oyunlarının üçüncü günündə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, ötən gün karatedə Səccad Gənczadə +84 kq çəki dərəcəsində ərəbistanlı, indoneziyalı və azərbaycanlı rəqiblərini məğlub edərək finalda güclü türkiyəli rəqibi ilə qarşılaşıb. Gərgin keçən görüşdə inamlı təsir bağışlayan Gənczadə qalib gəlib və qızıl medala layiq görülüb. 

İranlı cüdoçu Səid Mövlayi də -81 kq çəki dərəcəsində türkmənistanlı rəqibini 30 saniyə ərzində ippon fəndi ilə məğlub edib. 2-ci görüşdə qırğızıstanlı rəqibinə qalib gələn iranlı cüdoçu finala vəsiqə qazanıb. Finalda türkiyəli idmançı ilə qarşılaşan Mövlayi yenə də ippon fəndi ilə rəqibini məğlub edib və qızıl medal qazanıb. 

Karatedə Əbülfəzl Şəhrcerdi Birləşmiş Ərəb Əmirliklərindən olan rəqibinə qalib gələrək bürünc medal qazanıb. 

Qadınlarda Məhsa Əfsanə və Mühəddisə Ağayi rəqiblərini məğlub edərək bürünc medal qazanıblar. 

Atıcılıq növündə qarışıq komanda halında Puryan Novruzi və Nəcmə Xidməti 10 metrlik pnevmatik tüfənglə gümüş medal qazanıb və Haniyə Rüstəmiyan da 25 metrlik tapança ilə atışda gümüş qazanıb. 

İranın gimnastika yığması da Azərbaycan və Türkiyə yığmalarından sonra komanda halında üçüncü olub və Səid Rza Keyxa, Hadi Xənnarinejad və Saman Mədəni hərəkətləri gözəl formada icra etdiklərinə görə finala vəsiqə qazanıblar. 

100 metrlik üzgüçülükdə Camal Çavuşifər finala vəsiqə qazanıb. 

Komandalar halında olan idman növlərində də İranın su polosu yığması Ərəbistanı 11:6 hesabı ilə məğlub edib. Qətər yığması ilə də qarşılaşan İran yığması 3:0 hesabı ilə qalib gəlib.