May 15, 2017 19:47 Asia/Baku
  • İslamiada: İran daha iki medal qazandı
    İslamiada: İran daha iki medal qazandı

İran idmançıları IV İslam Həmrəyliyi Oyunlarının 4-cü günündə iki bürünc medal qazanıblar.

İRİB-in Bakıdakı ofisinin məlumatına görə, bu gün 50 metr sərbəst tapança növündə Məhəmməd ƏHmədi və Vəhid Qolxəndan finala vəsiqə qazanıblar. Məhəmməd Əhmədi finalda üçüncü yeri tutaraq bürünc medala layiq görülüb və Vəhid Qolxəndan medalçılar siyahısına düşə bilməyib.

Gimnastikada Hadi Xənnarinejad halqalı qollar hərəkətdə üçüncü yeri tutub və bürünc medal qazanıb.

Gimnastikada finalda Səid Rza Keyxa halqalı hərəkətdə beşinci, Saman Mədəni paralel qollar hərəkətində dördüncü, Səid Xənnarinejad isə paralel qollar hərəkətində səkkizinci olub və medalçılar sırasına düşə bilməyiblər.

Bu gün Səid Rza Keyxa və Saman Mədəni dəstəli at növündə finalda medal uğrunda rəqibləri ilə mübarizə aparacaqlar.

Boksda isə Ümid Əhmədi Səfa iki gün öncə türkiyəli rəqibini məğlub etdikdən sonra bu gün azərbaycanlı rəqibi Rafət Hüseynova qalib gəlib və növbəti tura vəsiqə qazanıb.

Üzgüçülükdə bu gün səhər Arya Nəsimişad 100 metrlik brass növündə 1:7:11 dəqiqə ilə yarımfinala vəsiqə qazanıb.

Bünyamin Qarahüseynli və Sina Qulampur 50 metrlik sərbəst üzgüçülükdə yarımfinala vəsiqəni təmin ediblər.

Atıcılıq növündə komanda halında Puryan Novruzi və Nəcmə Xidməti 10 metrlik pnevmatik tüfəngdə gümüş medala layiq görülüb və Haniyə Rüstəmian da 25 metrlik tapançada gümüş medal qazanıb.