Okt 18, 2017 19:01 Asia/Baku
  • Perspolisin Əl-Əhliyə gücü çatmadı...
    Perspolisin Əl-Əhliyə gücü çatmadı...

Asiya Çempionlar Liqasının dörddə bir final mərhələsinin davamında Perspolis və Əl-Əhli komandaları Omanda qarşılaşdılar.

Perspolis komandasının milyonlarla tərəfdarı gözlərini televizordan ayırmayaraq, bir möcüzənin baş verməsini gözləyirdilər. Hamı, öncəki qarşılaşmada 4-0 hesabı ilə Əl-Əhli komandasına məğlub olan Perspolis komandasının bu dəfə qələbə çalmasını, yəni, möcüzə baş verməsini gözləyirdi. Amma, möcüzə baş vermədi. Yenə də Perspolisin Əl-Əhliyə gücü çatmadı.

Oyunun 17-ci dəqiqəsində Qadvin Menşa ilk qolu vurduğu zaman İran təmsilçisinin tərəfdarları xeyli ümidlənsələr də, Ənsarinin  yersiz hərəkəti 11 metrlik cərimə zərbəsi ilə nəticələndi. Bununla da yenidən Perspolis komandasının tərəfdarları üzərinə ümidsizlik kölgə saldı. Ömər Xürəybinin vurduğu qol ilə, indi Perspolis komandası qələbə çalmaq üçün 6 qol vurmalı idi.

Oyunun ikinci  yarısında da Qadvin Menşa fərqlənməyi bacarır və Perspolis komandası üçün 2-ci qolun müəllifinə çevrilir. Oyunun 62-ci dəqiqəsində gələn bu qolun sevinci uzun sürmədi. Əl-Əhli komandasından Ömər Xürəybin bir daha müdafiəçilərin səhvini düzgün dəyərləndirərək, bərabərlik topunu vurur və oyun 2-2 hesabı ilə başa çatır. Beləliklə, Perspolis komandası acı da olsa Asiya Çempionlar Liqasına vida etməli olur.

 

Teqlər