Okt 18, 2017 19:31 Asia/Baku
  • İran futzal komandası Asiya Çempionatında uğurla çıxış edir
    İran futzal komandası Asiya Çempionatında uğurla çıxış edir

İranın futzal komandası tam iqtidarla Asiya Çempionatında iştiraka vəsiqəni əldə etdi...

İranın futzal komandası tam iqtidarla Asiya Çempionatında iştiraka vəsiqəni əldə etdi...

İranın milli futzal komandası Asiya Çempionatına seçmə oyunlarında ilk olaraq Əfqanıstan yığması ilə qarşılaşmalı oldu. Təbrizin “Purşərifi” idman zalında baş tutan görüş 8-2 hesabı ilə İran yığmasının xeyrinə başa çatdı.

Əfqanıstan  yğması oyunun birinci hissəsində 6-1 hesabı ilə İran yığmasına məğlub oldu. Amma, oyunun ikinci yarısında rəqib komandalar sadəcə 3 qol vurmağı bacarmışdılar. Bunlardan ikisi İran yığması, 1-i isə Əfqanıstan yığmasının payına düşürdü.

Beləliklə İran – Əfqanıstan qarşılaşması 8-2 hesabı ilə başa çatdı.

İran yığması Asiya Çempionatına seçmə mərhələsindəki ikinci və sonuncu qarşılaşmasında Tacikistan yığması ilə üzləşdi. İlk qarşılaşmada olduğu kimi, bu dəfə də İran yığması rəqibini heç bir çətinlik çəkmədən və böyük fərqlə məğlub etməyi bacardı.

Oyunun birinci yarısında İran komandasından hər biri iki qolun müəllifi olan Fərhad Təvəkküli, Mehran Aliqədr və Mehdi Cavidi komandanın xeyrinə Tacikistan  yığmasının qapısına 6 qol vurmağı bacarmışdı. Əbülqasim Üruci və Tövhid Lütfi isə hər biri bir qolun müəllifi olmuşdu. Beləliklə İran yığması oyunun birinci yarısını 8-1 hesabı ilə öz xeyrinə başa vurdu.

Oyunun ikinci hissəsində də iranlı futbolçuların uğurlu çıxışı davam etdi. Şəhab Talebi, Mehran Aliqədr, Səid Əhməd Abbasi və Əli Əğər Həsənzadənin müəllifi olduğu 4 qol ilə Seyid Məhəmməd Nazem Şəriyyənin yetirmələri rəqib komandanı ümumilikdə 12-2 hesabı ilə darmadağın etdi. Bununla da İran yığması 6 xal ilə qrupun lider komandası olaraq Asiya Çempionatında iştiraka vəsiqə əldə etdi.

Asiya Futzal Çempionatı 2018-ci ildə Tayvanda keçiriləcək.