May 24, 2015 18:25 Asia/Baku
  • Səhər tv-nin təsirinə təkid
    Səhər tv-nin təsirinə təkid

İran İslam Respublikası Teleradio Təşkilatının sədri ümidvarlıq edib ki, Səhər kanalı öz təsirlərini regionda qoya biləcəkdir.

Səhər kanalının məlumatına görə, Məhəmməd Sərəfraz bu gün Səhər beynəlxalq telekanalının azəri televiziyasının sutkalıq olması mərasimində əlavə edib: Səhər kanalı məzlumların səsi olmalıdır.
O, Səhər kanalının istehsalının keyfiyyətinə daha çox səy göstərilməsini vurğulayaraq, bildirib ki, bu kanalın dialoq mehvərli verilişləri yaxşı olub və daha da gücləndirilməlidir.
İran İslam Respublikası Teleradio Təşkilatının sədri deyib: İran İslam Respublikası Teleradio Təşkilatının Sərhədaşırı Yayım Bölməsi ilk dəfə olaraq, HD kanallarını təsis etdi və belə bir imkan yaradılmalıdır ki, digər kanallar da HD yayımına malik ola bilsinlər.
Sərəfraz habelə daxili anlaşma kanalının işə salınmasından xəbər verərək, deyib: Tezliklə işə salınacaq bu kanal belə bir özəlliyə malikdir ki, onun tamaşaçıları istədikləri vaxt və cədvəl və kondaktor əsasında deyil, verilişləri görə bilərlər.
Səhər beynəlxalq telekanalının azəri televiziyası İran İslam Respublikası Teleradio Təşkilatının sədri, Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini, İran prezidentinin media üzrə müşaviri və bir qrup təşkilat müdirinin iştirakı ilə Xürrəmşəhrin azad edilməsinin ildönümü günündə keçirilən bir mərasimdə 24 saatlıq oldu.

Teqlər