May 26, 2015 14:00 Asia/Baku
  • Çin İrandan neft idxalı rekordunu yenilədi
    Çin İrandan neft idxalı rekordunu yenilədi

Çin 2015-ci ilin aprel ayında İrandan gündə 700 mindən çox neft barel idxal etməklə İran İslam Respublikasından neftin satın alınmasında yeni rekorda imza atıb.

Səhər Beynəlxalq Televiziyasının Çin Baş Gömrük İdarəsinə istinadla verdiyi məlumata görə, ötən 1 ayla müqayisədə İrandan idxal olunan neftin həcmi 10,8% artımın olduğunu göstərir.
Proqnoz olunur ki, bu proses davam etdiyi halda Çinə neft ixrac edən ölkələr sırasında 3-cü yerdən 6-cı yerə enən İran Asiyanın ən böyük ölkəsinə neft ixracını artırmaqla sıralamadakı yerini tədricən yaxşılaşdıracaqdır.
Çin cari ilin mart ayında İrandan gündəlik 531 min barel neft satın aldı. Lakin bu rəqəm qəfildən aprel ayında gündəlik 707 min 400 barelə artdı. İran neftinin ixracatının artması müxtəlif ölkələrin bu ölkənin enerji bazarına diqqətlərini yönəltmələrini və Qərbin İran əleyhinə sanksiyaların məğlub olduğunu göstərir.

Teqlər