May 26, 2015 20:57 Asia/Baku
  • general-mayor Hüseyn Dehqan
    general-mayor Hüseyn Dehqan

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri deyib: İran dənizlərdəki hədələrə təsirli şəkildə cavab verəcək.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan bu gün Tehranda 4-cü Sürətli Gəmilər Milli konfransında dəniz müdafiə qüdrətinin əhəmiyyətinə toxunaraq əlavə edib: İran 5 min kilometr dəniz sərhədinə malik olaraq dənizdə öz qonşularından heç biri üçün təhdid deyil. Əksinə bölgədəki xarici ölkəklər, xüsusilə də Amerikanın qüvvələri region üçün ciddi hədə hesab olunurlar.
General Dehqan deyib: İran Dəniz Qoşunları düşmənin zəif nöqtələrindən və öz sürətli qayıqlarından istifadə edərək dənizdə qüdrət tarazlığı yaradıb.
"İran texnologiyanı yerliləşdirmək, məhsulları dizayn və istehsal etməklə heç vaxt müdafiə sektorunda strateji qəflətə düşməyəcək" -deyə müdafiə naziri əlavə edib.
İran müdafiə naziri xatırladıb: İranın strateji dəniz qüvvələrinin səlahyyət çərçivəsi bölgə ilə məhdudlaşmır. Elə buna görə sürətli gəmilər, eləcə də ağır gəmilər sahəsində ciddi səylər göstərilməlidir.

Teqlər