May 29, 2015 08:52 Asia/Baku
  • Həsən Qazızadə Haşimi - İranın səhiyyə naziri
    Həsən Qazızadə Haşimi - İranın səhiyyə naziri

İranın səhiyyə naziri İran İslam Respublikasının elmi sahələrdəki hərəkətini sürətli və yaxşı adlandırıb.

Beynəlxalq Səhər Kanalının İSNA-ya istinadən verdiyi məlumata görə, Həsən Qazızadə Haşimi cümə axşamı Tehranda keçirilən "İranın Elmi İnkişafı" konfransında İranda elmin sürətli inkişafa malik olduğunu bildirib və deyib: İran İslam Respublikası 10 ildən az bir müddət ərzində iqtisadi, ictimai və elmi baxımdan ən yüksək nöqtəyə yüksəlmiş olacaq.
İranın səhiyyə naziri elm və texnologiyanı ölkələrin əsas iqtidar amillərindən adlandırıb və deyib: İran İslam Respublikası ölkənin elmi inkişafına daha artıq zəmin yaratmaq ardıncadır.

Teqlər