İyun 06, 2015 20:37 Asia/Baku
  • Rusiya İrandan gündə 500 min barel neft idxal edəcək
    Rusiya İrandan gündə 500 min barel neft idxal edəcək

İranın neft naziri OPEK iclasından döndüyü zaman bildirib: Rusiya bu həftədən İrandan gündəlik 500 min barel neft idxal edəcək.

Səhər Beynəlxalq Televiziyasının Blombergə istinadlı məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə deyib: Rusiya bu həftədən İrandan neft idxalına başlayacaq.
İranın neft naziri cümə günü Vyanada keçirilən Neft İxrac Edən Ölkələr OPEK-in iclasından dönərkən jurnalistlərə deyib: Ümidvarıq ki, gələn həftə ilk neft yükü İrandan ixrac olunsun.
Zəngənə əlavə edib: Bu idxalın əsas hissəsi nağd ödəmə şəklində olacaq və İran bu vəsaiti Rusiyadan vasitələr almağa istifadə edəcək.
Zəngənə həmçinin deyib: Rusiyanın energetika naziri Aleksandr Novakla Avstriya paytaxtı Vyanada anlaşma əldə olundu ki, nağd vəsait qarşılığında İrandan gündəlik minimum 500 min barel satın alınsın və İran bu vəsaiti polad, buğda və digər neft məmulatlarının satın alınması üçün istifadə edəcək.
İranın neft naziri sonda deyib: Ehtimal üzrə Rusiya İranla neftin satın alınması qarşılığında müxtəlif layihələrdə əməkdaşlıq edəcək.

Teqlər