İyun 09, 2015 17:49 Asia/Baku
  • II Texnologiya və İnnovasiya Sərgisi
    II Texnologiya və İnnovasiya Sərgisi

II Beynəlxalq Texnologiya və İnnovasiya Sərgisi elm sahəsində fəaliyyət göstərn şirkətlərə ixracat sadələşdirilmələrinin təqdim olunması üçündür. Bu sərgidə 110 daxili və xarici şirkət iştirak edir. Rumıniya, İngiltərə, Rusiya, Fransa, Yaponiya, Azərbaycan Respublikası, Pakistan, Almaniya, Qazaxıstan, Cənubi Koreya, İtaliya, Belçika və Çindən şirkətlər bu sərgidə iştirak edirlər. Beynəlxalq Texnologiya və İnnovasiya Sərgisində 15 ölkədən 48 və İranın 71 şirkəti iştirak edir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, sərginin keçirilməsində məqsəd daxili və xarici şirkətlər arasında texnologiya mübadiləsinə əsasən əməkdaşlıqların genişləndirilməsidir. Ticarət məsələsi bu sərginin 2-ci prioritetidir.
Enerji, elektronika, ətraf mühit texnologiyası, aeronavtika və texnoloji infrastrukturlar bu sərginin əsas sahələridir.
Beynəlxalq Texnologiya və İnnovasiya sərgisi ölkədə innovasiyaya əsasən iqtisadiyyatı genişləndirmək üçün fürsətdir.
Texnologiya təkcə daxili bazara təmərküzləşə bilməz. Belə ki, xarici bazarlar da texnologiyanın iştirakını diqqət mərkəzində saxlamaq lazımdır.
Bu sərgi dünyanın müxtəlif ölkələrinin potensiallarından istifadə üçün beynəlxalq texnoloji əməkdaşlıqların müəyyənləşməsinə şəraitin yaradılması funksiyası ilə keçirilir.
Qeyd edək ki, I Beynəlxalq Texnologiya və İnnovasiya Sərgisində 18 anlaşma və 6 əməkdaşlıq müqaviləsi imzalanıb. İranla Rusiya, Çin, Türkiyə və Almaniya arasında imzalanan müqavilələri misal göstərmək olar.

Teqlər