İyun 23, 2015 11:03 Asia/Baku
  • İran-Suriya əməkdaşlığı ; Regionda terrorizmlə mübarizə cəbhəsinin gücləndirilməsi
    İran-Suriya əməkdaşlığı ; Regionda terrorizmlə mübarizə cəbhəsinin gücləndirilməsi

İran İslam Respublikası və Suriya strateji əməkdaşlığa malik 2 ölkə olaraq kobudluq, ifratçılıq, terrorizm, narkotik maddələrin qaçaq edilməsi və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə bir əməkdaşlıq sənədi imzalayıblar.

İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli bazar ertəsi günü Tehranda bu əməkdaşlıq sənədinin imzalanması mərasimində İran və Suriya arasında strateji əlaqələrin möhkəmləndirilməsi və terrorizm ilə mübarizədə iki ölkənin ahəngdarlığa malik olmasına təkid edərək, deyib: müqavimət cəbhəsini möhkəmləndirmək üçün yaxın günlərdə Bağdadda üçtərəfli İran, Suriya və İraq iclası keçiriləcək.
Rəhmani Fəzli əlavə edib: İran arasında imzalanan əməkdaşlıq sənədinin başlıca mövzusu terrorizm xüsusilə də Qərbin və müsəlman ümməti ilə düşmən olanların əməkdaşlığı ilə İslam ölkələrinin sabitliyi, birliyi və həmrəyliyini hədəfə alan İŞİD terror qruplaşmasının cinayətləri ilə mübarizənin aparılmasıdır.
Rəhmani Fəzlin dediyinə görə, İran İslam Respublikası daim sionist rejim ilə mübarizənin ön cəbhəsində yer alan ölkələr və xalqları himayəni özünə borc bilib və düşmənlər o cümldən İŞİD terror qruplaşması ilə mübarizənin aparılması İran, İraq və Suriya arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsini tələb edir.
Suriyanın daxili işlər naziri Məhəmməd Şəar da terrorizmlə mübarizə üzrə olan Tehran-Dəməşq əməkdaşlıq sənədinin imzalanması mərasimində deyib: terrorizm bütün region və dünya ölkələri üçün təhlükəlidir. Və bu nəhs fenomen ilə mübarizə aparmaq üzrə İran və Suriya rasında strateji ahəngdarlıq mövcuddur.
Terrorizm ilə mübarizə üzrə İran və Suriya arasında əməkdaşlıq sənədinin imzalanmasından öncə İran və Suriyanın daxili işlər nazirlərinin ikitərəfli görüşləri olub.
İranın daxili işlər naziri suriyalı həmkarı ilə ikitərəfli görüşdə Suriya xalqı və dövlətinin ötən 4 il yarım ərzində terrorizm ilə mübarizənin ön cəbhəsində yer aldığını və öz müqaviməti ilə terrorizmin təhlükəli bir fenomen olduğunu dünyaya başa saldığını deyib.
Rəhmani Fəzli əlavə edib: Əgər bu gün Suriya, İraq və bir sıra digər ölkələri bürüyən terrorizm təhlükəsi ilə mübarizə aparılmazsa, bu təhlükə digər region və dünya ölkələrinə də yayılmış olacaq.
Suriyanın daxili işlər naziri Məhəmməd Şəar da iranlı həmkarı ilə görüşdə İran xalqı və dövlətinin Suriya xalqı və dövlətinə olan dəstəyini və terrorizm ilə mübarizədəki himayələrini yüksək qiymətləndirib və deyib: ötən 4 il yarım ərzində Suriya ən ağır terror hücumları qarşısında müqavimət göstərib. Və bu müddət ərzində İran daim Suriyanın kənarında, terrorizm ilə mübarizənin ön cəbhəsində yer alıb.
Məhəmməd Şəar həmçinin, regionun bəzi ölkələri, xüsusilə də Türkiyə və İordaniyanı terroristlərə dəstək verdikləri üçün tənqid edib və deyib: Zahirdə terrorizm o cümlədən İŞİD əleyhinə mübarizə adı altında təşkil edilən koalisiyalar əslində İŞİD-ə silah çatdırır və terrorçuları himayə edirlər.
Suriyanın daxili işlər naziri İranın daxili işlər naziri ilə görüşüb, Tehran-Dəməşq təhlükəsizlik-hərbi əməkdaşlıq sənədini imzaladıqdan sonra İran İslam Respublikası hüquq-mühafizə qüvvələri komandanı general Hüseyn Əştəri ilə də görüşüb, danışıqlar aparıb.
General Əştəri bu görüşdə bu gün Suriya xalqı və dövləti ilə düşmən olanların İran xalqı və dövlətinin də düşmənləri olduğunu deyərək, vurğulayıb: İsrail və Amerika və onların düşmənçilikləri İran, Suriya və digər İslam və İnqilabçı ölkələrin müştərək düşmənləridir.
İranın hüquq-mühafizə qüvvələrinin komandanı həmçinin, bu görüşdə İran İslam Respublikası polisinin mütəşəkkil cinayətlər və terrorizm ilə mübarizənin aparılması, həqiqi və virtual aləmdə cinayətkarların və cinayətin elmi formada aşkar edilməsi üzrə bacarıqlarına toxunaraq, bu sahədə Suriya ilə istənilən növ əməkdaşlığa, təcrübə mübadiləsinə və polis qüvvələri üçün təlim kurslarının təşkil edilməsinə hazırlığını elan edib.

Teqlər