İyun 29, 2015 16:16 Asia/Baku
  • Əhatəli nüvə razılaşması mətninin yazılışı bərpa edilib
    Əhatəli nüvə razılaşması mətninin yazılışı bərpa edilib

İran xarici işlər nazirinin müavinləri Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru ilə əhatəli nüvə razılaşması mətninin yazılışı üzrə müzakirəni bərpa ediblər.

IRNA-nın məlumatına görə, İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançinin Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Helqa Şmidt ilə müzakirəsi bu gün Vyanada başlanıb və bununla bir vaxtda ekspert qrupları da əlavələr üzərində bəhsə başlayıblar.
Ötən iki gündə İranın və 5+1 qrupuna daxil olan üç Avropa ölkəsinin xarici işlər nazirlərinin və ABŞ-ın dövlət katibinin iştirakı ilə əhatəli nüvə razılaşması mətninin yazılışı üzrə müzakirələrin səkkizinci dövrü dayandırıldı və hazırda nazirlərin məşvərətlərinin başa çatmasından sonra bu danışıqlar bərpa edilib.
Hazırda müavinlərin əlində olan razılaşma mətni təqribən 20 səhifədir və məlum deyildir ki, İran xarici işlər naziri və 5+1 qrupuna daxil olan Avropa ölkələrinin xarici işlər nazirləri yerdə qalan problemləri nə qədər aradan qaldıra biliblər.
Sabah 5+1 qrupuna daxil olan Avropa ölkələrinin xarici işlər nazirləri Vyanaya geri dönəcək və məşvərətləri bərpa edəcəklər.

Teqlər