Avq 01, 2015 08:32 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran İslam Respublikası xarici işlər naziri deyib: İran Qərblə tarixi nüvə anlaşmasını əldə edib.

Səhər Beynəlxalq Televiziyasının verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Guardina qəzetinə yazdığı təhlildə İsrail rejimini nüvə silahı olmayan regiona maneə adlandırıb və əlavə edib: İran tarixi nüvə anlaşmasını imzalayıb və indi növbə bu rejimindir.
Zərif əlavə edib: İran və 5+1 qrupunun müzakirəçiləri nəhayət İranın nüvə proqramını qeyri-zəruri bir böhrandan nüvə silahlarının yayılmaması sahəsində əməkdaşlığa zəmin yaradan prosesə çevirməklə müştərək məqsədə nail oldular.
İran xarici işlər naziri İslam Respublikasının regionda kütləvi qırğın silahlarının qadağası üçün davamlı səylər göstərdiyini bildirərək xatırladıb: İsrail rejimi regionda nüvə silahı proqramına malik yeganə tərəfdir. Özünü atom silahından təmizləmə prosesindən uzaq saxlayıb.
Məhəmməd Cavad Zərif əlavə edib: İranın nüvə anlaşması dünyada atom silahlarının məhvi üzrə anlaşmanın əldə olunması üçün müzakirələrin başlanmasına zəmin yarada bilər. Belə ki, güclü nəzarət və sınaq mexanizmi ilə dəstəklənə bilər.

Teqlər