Avq 01, 2015 08:44 Asia/Baku
  • İranın 2 neft şirkətinə qarşı sanksiya ləğv olundu
    İranın 2 neft şirkətinə qarşı sanksiya ləğv olundu

Avropa Birliyi İran neftinin 2 istehsalçısına qarşı sanksiyanı ləğv edib.

Səhər Beynəlxalq Televiziyasının BBC-nin internet portalına istinadla verdiyi məlumata görə, Avropa Birliyi İranın 2 neft şirkətini öz sanksiyalar siyahısından çıxarıb.
Avropa Birliyini bu addımı İranla beynəlxalq qüdrətlər arasında iyul ayının ortalarında əldə olunan nüvə anlaşmasından sonra ilk addım hesab olunur.
Petropars Əməliyyat və İdarəçilik Şirkəti və Petropars Ehtiyatların Mühəndisliyi Şirkəti sübut ediblər ki, onların sanksiyalar siyahısına salınması üçün yetərli sənəd yoxdur.
Bu şirkətlər Cənubi Pars qaz yatağında təbii qazın çıxarılması ilə məşğul olan bir qrup şirkətin ikisidir.
Avropa Birliyi Avropa Şurasının qarşı çıxmaması üzrə müraciətini aldıqdan sonra bu şirkətləri sanksiyalar siyahısından çıxarıb.
Ötən gün də Avropa Birliyi İran əleyhinə tətbiq olunan sanksiyaların bəzisinin ləğvini rəsmən təsdiqləyib.
Avropa Şurası bir bəyanatda bildirib: Avropa Birliyinin bu addımı İranın nüvə proqramı üzərində anlaşma istiqamətində atılıb.

Teqlər