Avq 05, 2015 13:08 Asia/Baku
  • İtaliyanın xarici işlər və iqtisadi inkişaf nazirlərinin Ruhani ilə görüşü
    İtaliyanın xarici işlər və iqtisadi inkişaf nazirlərinin Ruhani ilə görüşü

İran prezidenti və İtaliyanın xarici işlər naziri siyasi və iqtisadi sahələr daxil olmaqla müxtəlif sahələrdə ikitərəlfi əlaqələrin inkişafını vurğulayıblar.

İran prezidenti Həsən Ruhani çərşənbə günü Tehranda İtaliyanın xarici işlər və iqtisadi inkişaf nazirləri Paolo Gentiloni və Federika Quidi ilə görüşlərdə iki ölkənin yerləri və tarixi əlaqələrinin keçmişinə toxunaraq, deyib: Tehran-Roma əməkdaşlıqlarının inkişafı yolunda heç bir maneə mövcud deyil.
Ruhani Avropa Birliyi ölkələrinin, xüsusən İtaliyanın İranla həmkarlıq üçün böyük imkanlara malik olmasına işarə edərək, əlavə edib: İrana sərmayə və texnologiyanın ötürülməsi, sonra da region bazarlarına müştərək ixracat İranın Avropa ölkələri ilə iqtisadi münasibətlərini genişləndirmək üzrə prioritetidir.
Ruhani bildirib ki, İranın dövləti və xalqı İrana tətbiq olunmuş zalımcasına və qanunsuz sanksiyalar dövründə müqavimətlə iftixarlar yarada biliblər. O, deyib: Bu gün İranda xüsusən enerji, bank, sığorta, sənaye, nəqliyyat və səhiyyə sahələrində xarici sərmayələrin cəzbi üçün çoxlu sahələr mövcuddur.
Ruhani həmçinin İtaliya baş nazirinin həmin ölkəyə səfər üzrə rəsmi dəvətindən razılıq edərək, ümidvarlıq edib ki, münasib fürsətdə İtaliyaya səfər edəcəkdir.
İtaliyanın xarici işlər naziri Paolo Gentiloni də İranla əlaqələrin daha çox və sürətli inkişafını vurğulayaraq, deyib: İki ölkə siyasi anlaşmalardan əlavə, ticarət, iqtisadiyyat və beynəlxalq sahələrdə də həmkarlıq edə bilər. Zira dünya ictimaiyyəti İranın regionun sabitliyi və dincliyi istiqamətində addım atmasına ehtiyaclıdır.
İtaliyanın xarici işlər naziri bildirib ki, onu müşayiət edən heyətin tərkibinə İtaliyanın son dərəcə mühüm sənaye sahibləri və iş adamları daxildir və hazırda İranın sənaye və iqtisadi təşkilatları ilə müzakirə aparmaqdadırlar.

Teqlər