Avq 11, 2015 15:47 Asia/Baku
  • Ayətullah Safi Gülpayiqani
    Ayətullah Safi Gülpayiqani

Təqlid mərcələrindən olan Ayətullah Lütfullah Safi Gülpayiqani deyib: təəssüflər olsun ki, təkfirçi qruplar İslamın sülh və mehribanlıq simasını ləkələyiblər və İslamın bədnam olmasına səbəb olublar.

İSNA xəbər agentliyinin məlumatına görə, bu təqlid mərcəyi müqəddəs Məşhəd şəhərində dünyanın 14 ölkəsindən olan müsəlman tələbələr ilə görüşdə təkfirçi qrupların fitnələrinə işarə edərək, deyib: təkfirçilərin yol verdikləri hərəkətlər müsəlmanların narahatlığına səbəb olur. Ayətullah Safi Gülpayiqani Amerika, Kanada, İsveç, İngiltərə, Keniya, Tanzaniya, Bosniya və bir sıra digər ölkədən gəlmiş tələbələrin qarşısında deyib: Olduğunuz hər yerdə, İslamın nümayəndəsi olaraq, dinə xidmət edin və İslamın həqiqi simasını insanlara göstərin.

Teqlər