Avq 15, 2015 13:55 Asia/Baku
  • İranın Bakıdakı səfirinin Azərbaycan vətəndaşlarına tövsiyələri
    İranın Bakıdakı səfirinin Azərbaycan vətəndaşlarına tövsiyələri

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin Azərbaycan Respublikası vətəndaşlarından istəyib ki, İrana səfər zamanı bəzi cəhətlərə diqqət yetirsinlər.

Möhsün Pak Ayin Səhər telekanalı ilə müsahibədə azərii müsafirlərin İrana səfərlərinin təqribən on faizlik azalmasına toxunaraq, deyib: Azəri tərəfin İrana səfər etməyə maraq göstərən Azərbaycan Respublikası vətəndaşları üçün məhdudiyyətin olmamasına dair iddiasına rəğmən, biz Azərbaycan Respublikası vətəndaşlarının İrana səfərlərinin azalmasının şahidiyik və bu məsələ belə görünür ki, Azərbaycanın milli pul vahidi manatın dəyərinin aşağı düşməsi və turizm xidmətləri tariflərinin yuxarı olması kimi bir çox dəlillə malik ola bilər. Bu sahədə müsafir qəbul edən ostanlarda mövcud olan problemlərin həlli istiqamətində lazımi addımlar atılmalıdır.
O, Azərbaycan Respublikası vətəndaşlarından da istəyibdir ki, İrana çatarkən İranın sərhəd şəhərlərində mövcud olan ən yaxın müalicə mərkəzlərinə müraciət edib, lazımi məsləhətlər aldıqdan sonra müalicə mərkəzlərinə və ixtisaslı həkimlərə müraciət etsinlər.
İran səfiri habelə Azərbaycan Respublikası vətəndaşlarından istəyibdir ki, İrana səfərdə problemlə üzləşməmək üçün müəyyən edilmiş avtomobildən istifadə etsinlər.
O, İranın Azərbaycan Respublikası vətəndaşlarını qarşılamaq üzrə iradəsinə işarə edib.

Teqlər