Avq 19, 2015 18:33 Asia/Baku
  • Borucerdi: Amerika İranın müdafiə sənayesinə təsiretmə qüdrətinə malik deyil
    Borucerdi: Amerika İranın müdafiə sənayesinə təsiretmə qüdrətinə malik deyil

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: Amerika nüvə razılaşması ilə İranın müdafiə qüdrətinə təsir göstərə bilməz.

IRIB-nin məlumatına görə, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Borucerdi çərşənbə günü 22 avqust, İranda müdafiə sənayesi günü ərəfəsində İranın Müdafiə Nazirliyinin qabiliyyət və nailiyyətləri sərgisində olaraq, əlavə edib: İranın müdafiə sənayesinin müxtəlif sahələrdəki böyük uğurları gələcəkdə də davam edəcək və Amerikanın nüvə razılaşması yolu ilə İranın müdafiə qüdrətinə təsir göstərmək təsəvvürü həqiqətə çevrilməyəcəkdir.
Əlaəddin Borucerdi söyləyib: İranın hərbi strukturu İslam İnqilabının Böyük Rəhbərinin komandanlığı altında tam istiqlaliyyətə malikdir və məclis üzvləri də xalqın hüquqlarının müdafiəçiləri kimi Müdafiə Nazirliyini və müdafiə sənayesini himayə edəcəklər.
Borucerdi İranın raket və müdafiə sənayeləri barədə belə qeyd edib: Raket sənayesi yeganə çəkindirici amil və İranın ərazi bütövlüyünün müdafiəsi üçündür.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri vurğulayıb: Həmişə İranın dəyişilməz və strateji siyasəti, kimyəvi və nüvə silahlarından istifadə etməmək olubdur.

Teqlər