Sen 03, 2015 08:51 Asia/Baku
  • Yeni yaranmış medialarda təsirli iştirak Sərhədaşırı Bölmənin prioritetidir
    Yeni yaranmış medialarda təsirli iştirak Sərhədaşırı Bölmənin prioritetidir

İran Teleradio Təşkilatının Sərhədaşırı Bölmə üzrə sədr müavini yeni yaranmış medialarda təsirli iştirak üçün lazımi infrastrukturların yaradılmasını bu bölmənin texniki və istehsal sahələrindəki mühüm prioritetlərindən adlandırıb.

İran Teleradio Təşkilatının Sərhədaşırı Bölmə üzrə sədr müavini Məhəmməd Əxgəri bu bölmənin müxbiri ilə müsahibədə vurğulayıb: Bu müavinlik istehsal sahəsində münasib infrastrukturlara malikdir və bütün istehsal sistemləri, o sıradan radio və televiziya rəqəmsal sisteminə çevrilibdir.



Əxgəri Sərhədaşırı Bölmənin fibr, süni peyk və digər rabitə kanalları ilə dünya ilə media əlaqəsini son dərəcə dəyərli adlandırıb və belə əlavə edib: Hətta Teleradio Təşkilatının digər bölmələri də texniki sahədə Sərhədaşırı Bölmənin imkanlarından yararlana bilərlər.



İran Teleradio Təşkilatının Sərhədaşırı Bölmə üzrə sədr müavini İranın sərhədaşırı medialarının süni peyk, internet və hətta kabel kanalları vasitəsilə dünyanın müxtəlif nöqtələrini öz çətirləri altına aldıqlarını vurğulayaraq, yeni imkanlardan istifadə ilə informasiyanın daha təsirli çatdırılmasını vurğulayıb.

Teqlər