Okt 05, 2015 15:01 Asia/Baku
  • Mina hadisəsi: Ərəbistan hökumətinin ləyaqətsizliyi
    Mina hadisəsi: Ərəbistan hökumətinin ləyaqətsizliyi

İran prezidenti Mina faciəsini Səudiyyə Ərəbistanı hökumətinin ləyaqətsizliyi və tədbirsizliyinin nəticəsi adlandırıb.

IRIB-nin məlumatına görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani Tehranda keçirilən Milli Kənd Günü toplantısında Mina faciəsini son dərəcə təsirli və kədərli hadisə adlandırıb və belə əlavə edib: Hacılar bu faciədən öncə irfanda Allah-Taala ilə razu-niyaz etmiş və Mina və Məşər diyarına gəlmişdilər. Zəvvarlar Allah Evinin qonaqları idilər, amma son dərəcə kədərli bir şəraitdə həlak oldular.
Ruhani Mina faciəsində təqsirlərin araşdırılması vacibliyini vurğulayaraq, deyib ki, bu tədbirsizlik, hadisənin əvvəlində və məsələnin davamında sual doğurandır.
İran İslam Respublikasının prezidenti Mina faciəsinin intensiv şəkildə izlənilməsinə işarə edərək, söyləyib: Xoşbəxtlikdən, xalqın məzlumluq səsi BMT-də ölkə başçılarının hüzurunda dünya xalqlarına çatdırıldı və ölkə tarixinin milli qəhrəmanlarından olan xarici işlər naziri bu məsələnin izlənilməsi üçün əlindən gələni edibdir.
Ruhani Mina faciəsində iyirmi ölkənin hacısının zərər çəkdiyini bildirərək, izlənilmənin davam etməsi haqda deyib: İran dünya səviyyəsində Mina faciəsi barədə ən çox fəaliyyətə malik olub.
İran prezidenti habelə İranın altılıq ölkələri ilə nüvə müzakirələrinə işarə edərək, deyib: Təkcə Qüdsü işğal etmiş rejim adlı qəsbkar bir rejim bu məsələdən əsəbidir və bütün ölkələr və bütün dünya rəsmiləri bu qənaətdədirlər ki, İran ilə altılıq qrupu arasındakı nüvə razılaşmasında böyük bir iş görülübdür.
İranın icra hakimiyyətinin başçısı bildirib ki, ötən onilliklərdə və hətta son yüz ildə inkişafda olan bir ölkənin altı dünya qüdrəti ilə iki il dalbadal müzakirə aparması misilsiz bir hadisə olubdur.
O, əlavə edib: Bu qüdrətlərdən beşi BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və dünya üçün müharibə və ya sanksiya qərarı çıxara bilər.

Teqlər