Okt 05, 2015 20:09 Asia/Baku
  • İranlı tədqiqatçılar dünyada antibiotik istehsalı üzrə ən yeni texnologiyaya nail olublar
    İranlı tədqiqatçılar dünyada antibiotik istehsalı üzrə ən yeni texnologiyaya nail olublar

İranlı mütəxəssislər dünyada antibiotik istehsalı sahəsində münasib imkan və göstəriciyə malik ən yeni texnologiyaya nail olublar.

IRNA-nın məlumatına əsasən, bir iranlı əczaçılıq şirkətinin mütəxəssisləri dünyada antibiotik istehsalı üzrə ən yeni texnologiyaya nail olublar ki, bu, ölkədən beş milyon dollar valyutanın çıxmasının qarşısını alacaq.
İranın Sosial Təminat Təşkilatının tabeliyində olan Antibiotikqayırma Şirkəti ölkə xaricindən texniki bilik və təchizat satın almadan dünyada Betalaktam və Sefalospurin antibiotiklərinin istehsalı üzrə ən yeni texnologiya sayılan strateji Amoksisillin məhsulunun anzimatik sənaye istehsalını mümkün etməyə müvəffəq olub.
İranın Antibiotikqayırma Şirkətinin sərəncamçı müdiri bu haqda deyib: Amoksisillinin anzimatik istehsalı üzrə ən müasir texnologiyaya yiyələnmək məhsulun başa gəlmiş qiymətinin 25 faizlik azalmasına və bu məhsula lazım olan həlledicilər və reaktivlərin idxalından irəli gələn hər il ölkədən beş milyon dolların çıxmasının qarşısının alınmasına səbəb olubdur.
Əlizadə bu texnologiyaya nailolmanın ən mühüm nailiyyətlərindən birini təmiz, qarışıqlığa malik olmayan və həlledicilərin qalmadığı antibiotiklərin İranın dərman bazarına təqdimi adlandırıb.