Okt 06, 2015 10:23 Asia/Baku
  • Məhəmməd Cavad Zərif: Nyu-York səfəri ən yaxşı formada dəyərləndirildi!
    Məhəmməd Cavad Zərif: Nyu-York səfəri ən yaxşı formada dəyərləndirildi!

İran İslam Respublikası xarici işlər naziri Nyu-Yorkda müxtəlif dünya ölkələri rəsmiləri ilə görüşlərini konstruktiv adlandırıb.

İRNA-nın məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Nyu-Yorka olan səfərinin sonunda jurnalistlərə verdiyi açıqlamada, BMT Baş Assambleyasının 70-ci illik iclası kənarında keçirdiyi görüşlərdə İranın müxtəlif məsələlərlə bağlı baxışlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışdığını bildirib.
Zərif deyib: Nyu-Yorkda olduğum müddət ərzində Latın Amerikası, Avropa və Yaxın Şərq ölkələri başçıları və siyasi nümayəndələri ilə görüşlərin həyata keçirilməsi ilə yanaşı, Amerikada siyasətin qurucuları ilə də görüşüb, danışıqlar aprdığından xəbər verib.
İran xarici işlər naziri Nyu-Yorka olan səfərinin Mina faciəsi ilə eyni zamana təsadüf etməsinə işarə edərək, müxtəlif ölkə rəsmiləri ilə görüşlərinin böyük bir hissəsinin məhz bu faciə ətrafında olduğunu da bildirib.
Zərif deyib: Nyu-Yorkda baş tutan görüşlər zamanı diqqət mərkəzində saxlanılan mövzulardan biri də nüvə anlaşması üzrə olan Hərtərəfli Müştərək Addım Proqramının dəqiq formada icra edilməsi olub. Bu baxımdan ki, HMAP-ın icrasına başlanması ilə Qərb dövlətləri öz üzərlərinə düşən öhdəliklərə əməl etmək hazırlığına malik olmalıdırlar.
İran xarici işlər naziri həmçinin deyib: Yaxın Şərqdə cərəyan edən böhranlar xüsusilə də Yəmən və Suriya böhranları müxtəlif dünya ölkələri başçıları və rəsmiləri ilə görüşlərdə diqqət mərkəzində saxlanılan digər mühüm məsələlərdən olub.
Zərif İran ilə qonşu olan bəzi dövlətlərin böhranların, xüsusilə də Yəmən böhranının siyasi yolla həllində maraqlı olmadıqlarını təəssüfləndirici hal adlandırıb və deyib: Bu ölkələr öz siyasi qərəzləri və istəklərini Yəmən xalqına zorla qəbul etdirməyə çalışırlar. Yəmən xalqını qırğın və bu ölkəni viran etməklə hansısa qələbəyə imza atmağa çalışırlar. Amma, İran bunun imkansız olduğunu düşünür.
İran xarici işlər naziri ABŞ dövlət katibi ilə görüşü barədə də deyib: ABŞ dövlət katibi ilə görüşdə HMAP-ın icrası ilə bağlı Amerikanın daxilində baş qaldıra biləcək ehtimal olunan problemlər və çətinliklər barədə danışıqlarımız oldu.
Zərif həmçinin ABŞ prezidenti ilə təsadüfi görüşü və onunla əl görüşməsi ilə bağlı reaksiyalar haqda da deyib: İranın xarici işlər naziri olaraq beynəlxalq iclaslarda iştirak zamanı, İranın müxtəlif məsələlərlə bağlı baxışlarını və mövqelərini açıqlamaq üçün, müxtəlif ölkə başçıları və rəsmiləri ilə yaranan görüş fürsətindən ən yaxşı formada istifadə olunub.

Teqlər