Okt 06, 2015 11:24 Asia/Baku
  • İranda ilk yanacaq hücrəli elektrik avtomobilinin təqdimatı oldu
    İranda ilk yanacaq hücrəli elektrik avtomobilinin təqdimatı oldu

İranda yanacaq hücrəsi ilə çalışan ilk elektrik avtomobilinin Tehranın Xacə Nəsirəddin Tusi Universitetində təqdimatı oldu.

Tehranın Xacə Nəsirəddin Tusi Universitetində yanacaq hücrəsi ilə işləyən ilk elektrik avtomobili layihəsinin icraçı direktoru Seyid Məhəmməd Təqi Təhayi bazar ertəsi günü İRİB müxbiri ilə müsahibədə deyib: Bu elektrik avtomobili lazım olan enerjini hidrogen yanacaq hücrəsi vasitəsi ilə təmin edir və ondan çıxan tullantı sadəcə sudur.
Təhayi bu avtomobilin özəllikləri haqda deyib: İri şəhərlərin havasının çirkli olmasını nəzərə alaraq, yanacaq hücrəsi ilə çalışan elektrik avtomobilləri çirkləndiricilərin azalmasına kömək edir və səs çirkləndiricisinə də malik deyil.
Layihənin direktoru daha sonra deyib: bu elektrik avtomobili ilk olaraq elektrik batareyası ilə işə düşür, daha sonra lazım olan enerjini yanacaq hücrəsi vasitəsilə təmin etməyə başlayır. Bu avtomobilin istifadə etdiyi elektrik batareyasını ev şəraitində belə yenidən doldurmaq mümkündür.

Teqlər