Okt 06, 2015 11:50 Asia/Baku
  • Ələvi: İranın Təhlükəsizlik Nazirliyi Mina hadisəsi ilə bağlı faktların toplanılması məsuliyyətinə malikdir
    Ələvi: İranın Təhlükəsizlik Nazirliyi Mina hadisəsi ilə bağlı faktların toplanılması məsuliyyətinə malikdir

İran İslam Respublikasının təhlükəsizlik naziri Mina hadisəsi ilə bağlı faktların toplanılmasına təkid edib.

İRNA-nın məlumatına görə, İranın təhlükəsizlik naziri Mahmud Ələvi bazar ertəsi günü deyib: İran İslam Respublikası dövləti indiyə kimi Mina hadisəsi ilə bağlı faktları araşdırmaq məqsədi ilə bir neçə iclas təşkil edib və qərara alınıb ki, Təhlükəsizlik Nazirliyi hadisənin baş vermə necəliyi ilə bağlı dəlil və sübutları toplasın ki, hadisənin bilərəkdən və ya təsadüf nəticəsində baş verdiyinə aydınlıq gətirilsin.
Ələvi daha sonra deyib: İran İslam Respublikası prezidentinin hüquq məsələləri üzrə müavini də məsələnin hüquqi baxımdan araşdırılması işlərini həyata keçirir və Mina faciəsində həyatını itirən iranlılar adından məsələnin beynəlxalq hüquq dairələrində izlənilməsi istiqamətində lazımi işləri görməklə məşğuldur.
İranın təhlükəsizlik naziri əlavə edib: Mina hadisəsi sadəcə İran İslam Respublikasının məsələsi deyil. Bu mövzu İslam dünyası və vətəndaşlarını itirmiş 22 ölkənin məsələsidir. Bu isə hadisənin beynəlxalq əhəmiyyətindən xəbər verir. İran bu hadisədən zərər çəkən digər ölkələr ilə birlikdə bu məsələni araşdırmalıdır.
İranın təhlükəsizlik naziri daha sonra deyib: Bu ilki həcc mərasimində və Mina faciəsində İran İslam Respublikası da daxil olmaqla 22 İslam ölkəsi yasa batdı və bu faciə Ərəbistan rəhbərliyinin ləyaqətsizliyi və məsuliyyətsizliyindən qaynaqlanıb.
Qurban bayramı ilə bir vaxtda Minada şeytanı daşlama əməlini yerinə yetirmək istəyən zəvvarlar, Ərəbistan rəsmilərinin həccin idarə edilməsində yol verdikləri qüsurlara görə, güclü izdihamla qarşılaşıb. Bu hadisə İrandan 465 zəvvar daxil olmaqla 5 mindən çox zəvvarın həlak olmasına yol açdı.

Teqlər