Okt 06, 2015 13:09 Asia/Baku
  • Mina faciəsi qurbanlarına aid daha 98 cənazə İrana gətirildi
    Mina faciəsi qurbanlarına aid daha 98 cənazə İrana gətirildi

Mina faciəsində həyatını itirmiş iranlı zəvvarlara aid daha 98 cənazəni daşıyan təyyarə bu gün Tehranın Mehrabad hava limanına enib.

İRİB-nin verdiyi məlumata görə, İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Əvhədi deyib: İndiyə kimi 348 iranlı zəvvarın cənazəsinin kimliyi müəyyən edilib.
Onun dediyinə görə, 116 zəvvar hələ də itkin hesab olunur və onların cənazələrini müəyyən etmək hələ ki, mümkün olmayıb.
İranın Həcc və Ziyarət Təşkilatının sədri əlavə edib: Mina faciəsində həyatını itirmiş iranlı zəvvarların cənazələrinin kimliyinin müəyyən edilməsi əməliyyatı hazırda 20 konteyner vasitəsilə gətirilmiş 3000 cənazənin saxlanıldığı Meysəm morqunda davam edir.
Qurban bayramı ilə bir gündə Minada Ərəbistan rəsmilərinin ləyaqətsizliyi və məsuliyyətsizliyi üzündən baş vermiş faciədə 465-i iranlı olmaqla 5 mindən çox zəvvar həyatını itirib.

Teqlər