Okt 06, 2015 17:23 Asia/Baku
  • Fədakarlıq mədəniyyətinin formalaşması düşmən qarşısında ən güclü önləyici qüdrətdir
    Fədakarlıq mədəniyyətinin formalaşması düşmən qarşısında ən güclü önləyici qüdrətdir

İran İslam Respublikası prezidenti deyib: fədakarlıq və şəhadət mədəniyyətinin formalaşması təcavüzkarlar qarşısında ən böyük önləyici qüdrət olacaq.

İİR prezidenti Həsən Ruhani "Cihad, Fədakarlıq və Şəhadət Mədəniyyətinin Yayılması və Genişləndirilməsi Ali Şurası"nın ilk iclasında deyib: Hətta, müqəddəs müdafiə təcrübəsi olmasaydı belə, fədakarlıq və şəhadət mədəniyyətinin yayılması İnqilab və İranı qorumaq üçün zəruri idi.
Həsən Ruhani əlavə edib: Fədakarlıq və şəhadət ruhiyyəsinin mədəniyyətin o cümlədən təhsil sisteminin bir parçasına çevrilməsi İranı düşmənlərin fitnələri qarşısında sığortalayacaq.
Ruhani həmçinin deyib: Əgər İran ictimaiyyətinin hər bir üzvü kollektiv maraq və məqsədlər uğruna öz fərdi hüquq və mənafeyindən keçərsə, fədakarlığa hazır olarsa, bu, təcavüzkarlar qarşısında ən böyük önləyici qüdrət olacaq.
İran prezidenti müqəddəs müdafiəni İran tarixində unudulmaz bir dərs adlanıdırıb və deyib: müqəddəs müdafiə təcrübəsi İran xalqının birliyi və fədakarlıq ruhiyyəsini təhdidlər qarşısında alınmaz qalaya çevirmiş olub.
Həsən Ruhani əlavə edib: Şəhidlər və fədakarlarımızın ailələri tarixin səhifələrinə unudulmaz anlar yazıblar və onların fədakarlıq və şəhadət ruhiyyəsi gələcək nəsillər üçün bir mədəniyyətə çevrilməlidir.

Teqlər