Noy 08, 2015 16:53 Asia/Baku
  • İranın Teleradio Təşkilatı İran azərilərindən üzr istəyib
    İranın Teleradio Təşkilatı İran azərilərindən üzr istəyib

İranın Teleradio Təşkilatı televiziya verilişlərindən birində buraxılmış bir səhvə və yaranmış anlaşılmazlığa görə, İran azəri dillilərindən üzr istəyərək, verilişi hazırlamış amilləri cəzalandırıbdır.

İranın Teleradio Təşkilatının İctimai Əlaqələr Şöbəsi "Fitilə" verilişinin yayılmasının ardınca bir bəyanatda bildirib: Əziz azəri həmvətənlərimizin narahat olmalarına səbəb olmuş bu verilişin amillərinin diqqətsizliyi nəticəsində həmin verilişin yayımı dayandırılıb və onun pozuculuq etmiş amilləri ilə ciddi rəftar edilibdir.
İranın Teleradio Təşkilatının İctimai Əlaqələr Şöbəsinin bəyanatında deyilir: Müxtəlif qövmlər İslami İranın böyük və əvəzolunmaz sərmayələridirlər və qövmlərin qarşılıqlı hörməti milli birlik və həmrəylik üçün müştərək mahiyyət hissini yaradıbdır ki, bu əziz ölkə hadisələr fırtınasına üstün gəlsin və öz vətənini mühafizə etsin. Bu arada, İranın Teleradio Təşkilatı da İran İslam Respublikasının milli mediası kimi bu yeri və böyük İran ictimaiyyətinin bütün qövm və təbəqələrinə hörmətə əhəmiyyəti dərk edərək, müxtəlif zaman kəsiklərində daim bu milli sərmayə və xəzinənin gücləndirilməsi istiqamətində öz əzmkarlığını göstəribdir.
İranın ikinci telekanalının direktoru da deyib: Mən "Fitilə oteli" verilişinin həmin hissəsini görməklə narahat olmuş həmvətənlərimizdən üzrxahlıq edirəm və "Fitilə oteli"nin hərəkətinin əvəzini çıxacağıq.

Teqlər