Noy 19, 2015 18:03 Asia/Baku
  • İranın dəniz qüvvələrinin silahları dünyanın modern texnologiyasına uyğundur
    İranın dəniz qüvvələrinin silahları dünyanın modern texnologiyasına uyğundur

İran İslam Respublikası ordusu Dəniz Qoşunları komandanı deyib: Bu qüvvələrin silahları dünyanın modern texnologiyalarına uyğundur.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran ordusu Dəniz Qoşunları komandanı kontr-admiral Həbibullah Səyyari cümə axşamı günü Məşhəddə keçirilən bu qüvvələrin 35-ci Quran Müsabiqəsində deyib: İran silahları və esmineslərinin təchizatlarının modern olması İran ordusu Dəniz Qoşunlarını ehtimal olunan istənilən hücumla qarşılaşmaqda güclü etmişdir.
İran ordusu Dəniz Qoşunları komandanı əlavə edib: Hazırda Qırmızı dənizlə Fars körfəzi arasında Babül-Məndəb boğazında təxminən 35 ölkə, o cümlədən İran iştirak edir. Ali Baş Komandanın tədbiri ilə İranın Dəniz Qoşunları dəniz quldurları ilə mübarizəyə hazırdır.
Kontr-admiral Səyyari həmçinin Yəməndəki qarşıdurmalar və günahsız insanların qətlə yetirilmələrinin davam etməsinə toxunaraq deyib: Ali-Səud qərb və şərq silahları ilə təchiz olunur və o silahları Yəmənin günahsız insanlarının başına yağdırır. Şübhəsiz insanlıqdan kənar iş görür.

Teqlər