Noy 25, 2015 18:13 Asia/Baku
  • İran Rusiya və Türkiyəni təmkinliliyə çağırıb
    İran Rusiya və Türkiyəni təmkinliliyə çağırıb

İran prezidenti Rusiya və Türkiyədən istəyib ki, rus qırıcısının vurulması qarşısında təmkinli olsunlar.

Həsən Ruhani deyib: Rusiya və Türkiyənin hər ikisi İranın qonşusu və dostudur və bizim üçün qonşuların əlaqələrinin səmimi olması olduqca mühümdür.
IRIB-nin məlumatına görə, Ruhani İranın nazirlər kabinetinin iclasında əlavə edib: Raket və təyyarə oyuncaq deyildir ki, bir kəs havada atəş açmaq qərarına gəlmiş olsun. Ola bilərmi, bu qədər intizamsızlıq tədricən regiona hakim kəsilmiş olsun ki, hər kəs havada istədiyi qərarı qəbul etmiş olsun. Bu addımlar son dərəcə təhlükəlidir.
Doktor Ruhani söyləyib: Hamı diqqət yetirməlidir ki, bu addımlar təhrikedicidir və onun çoxlu sayda nəticələri hüquqi baxımdan məsələni başlayan tərəfin üzərinə düşür və bütün ölkələr ehtiyatlı olmalıdırlar. Biz qonşu və dost ölkə Türkiyədən istəyirik ki, ciddi şəkildə vəziyyətdən ethiyatlı olsun, zira şərait olduqca həssasdır.
Doktor Ruhani "Bütün ölkələr terrorçularla vuruşan ölkəni dəstəkləməlidirlər" deyərək, bildirib: Əgər kənar məsələlər bizi əsas məsələdən çəkindərərsə, uğur qazanmayacağıq və biz bütün səy, iradə və bacarığımızı terrorizmlə mübarizə üzərində təmərküzləşdirməliyik. Əsas təhlükə kimi terrorizmdən qəflətə qapılmaq regionu başqa əmin-amansızlıqlara düçar edəcəkdir.
O, Tehranda keçirilmiş Qaz İxrac edən Ölkələr Forumunun ücüncü sammitinin təşkilatçılarına, eləcə də mediaların səylərinə görə təşəkkür edərək, bu iclasın Tehranda keçirilməsi və üzv ölkələrin yüksək vəzifəli rəsmilərinin onda iştirakını İran İslam Respublikasının önəmi və təhlükəsizliyi, həmçinin ölklələrin Tehranla əlaqələri genişləndirmək üzrə iradələrinin nişanəsi adlandırıb.

Teqlər