Noy 26, 2015 09:36 Asia/Baku
  • İran və Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb
    İran və Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb

İran və Türkiyənin Ticarət Palataları arasında əməkdaşlıq memorandumu Ankarada imzalanıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, çərşənbə günü Ankarada İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Möhsün Cəlalpur və Türkiyənin Ticarət Palatası və Məhsul Birjalarının sədri Rəfət Hasarcıklıoğlu arasında İran və Türkiyənin əməkdaşlıq və yaradıcılıq üzrə inkişafı istiqamətində yol xəritəsinin çəkilməsi ilə bağlı işçi komitəsinin yaradılması müqaviləsi imzalanıb.
Cəlalpur bu barədə deyib: İran İslam Respublikası neftsiz iqtisadiyyatın ardınca olacaq və özəl sektoru gücləndirəcək.
İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri əlavə edib: İran yeni dövrdə müştərək əməkdaşlıqlar üçün iş fəzasını yaratmağa və yüksək səviyyədə uğurlu və davamlı iş əlaqələrini qurmağa hazırdır.

Teqlər