Yan 01, 2016 09:35 Asia/Baku
  • İraqçı: Nüvə anlaşması Amerikanın İrana qarşı düşmənçiliklərinin başa çatması demək deyildir
    İraqçı: Nüvə anlaşması Amerikanın İrana qarşı düşmənçiliklərinin başa çatması demək deyildir

İran xarici işlər nazirinin müavini və Nüvə Anlaşmasının İzlənilməsi Qərargahının sədri deyib ki, nüvə müzakirələri və nüvə anlaşması Amerikanın İrana qarşı düşmənçiliklərinin başa çatması demək deyildir.

Nüvə Anlaşmasının İzlənilməsi Qərargahının sədri Seyid Abbas İraqçı cümə axşamı günü gecə İranın ikinci telekanalının eksklüziv dialoq verilişində İran prezidentinin ölkənin müdafiə nazirinə Amerikanın təhdidedici hərəkətləri qarşısında İranın raket qüdrətinin artırılmasına diqqət zərurəti barədəki hökmünə işarə edərək, əlavə edib: Heç kəs gözləməməlidir ki, Amerikanın İrana qarşı düşmənçiliyi başa çatacaq, zira İran İslam Respublikasının Amerikanın regiondakı siyasətləri qarşısında dayanacağı zamanadək onların bizə qarşı düşmənçilik siyasətləri də davam edəcəkdir.

İraqçı vurğulayıb: Nüvə anlaşmasının Amerikanın İrana qarşı düşmənçiliklərinin başa çatması və ya onun azalması mənasında olduğunu təsəvvür edənlər yanılırlar və biz elə əvvəldən də belə bir hədəfin ardınca deyildik və hazırda da bu cür hədəfimiz yoxdur və reallaşmayacaq da.

İraqçı deyib: Yalnız nüvə məsələsində Çin, Rusiya, Avropa, BMT və Amerika ilə çoxtərəfli addımlardan istifadə ilə bu məsələni idarə edirik və bunun Amerikanın İrana qarşı düşmənçiliklərinin başa çatması ilə heç bir əlaqəsi yoxdur.

O, Amerikanın İranın raket qüdrəti ilə bağlı müdaxilələrinə işarə edərək, vurğulayıb: Həmişə bu düşmənçiliklər və müdaxilələrlə üzləşmişik və onun son aylarla heç bir əlaqəsi yoxdur.

İraqçı deyib: Amerikadakı sionist və regional lobbilərin bu siyasətlərdə böyük rolları var və biz də həmin ölkədə bizə qarşı belə bir gündəmin hazırlanmasına icazə verməməliyik, xüsusən ona görə ki, bu lobbilər nüvə müzakirələrinin dayanması üçün çox səy göstərdilər və hazırda da nüvə anlaşmasının icrası və müvəffəq olmasının qarşısını almağa çalışırlar.

Teqlər