Yan 14, 2016 19:16 Asia/Baku
  • Tehranın Vaşinqtona müraciəti: Fars Körfəzinin təhlükəsizlik düyməsi İranın əlindədir
    Tehranın Vaşinqtona müraciəti: Fars Körfəzinin təhlükəsizlik düyməsi İranın əlindədir

Livanda çıxan əl-Əxbar qəzeti yazır: ABŞ hərbçilərini həbs etməklə İran Amerikaya və bəzi region ölkələrinə belə bir mesaj göndərmiş oldu ki, artıq oyunun qaydaları dəyişib və hər kəs öz həddini bilməli və yerində oturmalıdır.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Əl-Əxbar qəzeti yazır: ABŞ ordusu hərbi dəniz piyadalarının İran tərəfindən saxlanılması və onlarla edilən rəftar, ABŞ və ondan daha balacalarına "hər kəs öz yerini bilməlidir" mesajını vermiş oldu.

İran və ABŞ dəniz qoşunları 12 ildən sonra yenidən qarşı-qarşıya gəldilər. Belə ki, 12 il öncə də İran ABŞ ordusunun 4 hərbi dəniz piyadasını həbs etmişdi. Bu hadisənin indi yenidən təkrarlanması ilə, İran hərbçiləri bu dəfə 10 ABŞ hərbçisini iki hərbi qayıq ilə İran sularının daxilinə 3 km daxil olduqdan sonra həbs ediblər.

ABŞ hərbi dəniz piyadaları Küveytdən Bəhreynə gedərkən "Fars" adasının sahil sularına daxil olublar və bunun ardınca İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın dəniz qüvvələri tərəfindən həbs ediliblər.

Bu hadisənin ardınca ABŞ tərəfinin Tehran ilə ardıcıl əlaqələr saxlaması və amerikalı hərbçilərin İran sularına səhvən daxil olduqlarının öz təsdiqini tapmasının ardınca Amerikalı hərbi dəniz piyadaları azad edildilər və ABŞ dövlət katibi Con Kerri buna görə İrana təşəkkür etdi.

ABŞ hərbçilərini həbs etməkdə İranın məqsədi bir sıra tərəflərə mesaj vermək olub. Burada diqqəti özünə çəkən məsələ İranın dəniz qüvvələrinin ABŞ-ın iki hərbi qayığını mühasirəyə alaraq, onlara xəbərdarlıq etmələri olub. Qarşı tərəf isə heç bir müqavimət göstərmədən dərhal təslim olublar ki, bu da son dərəcə qeyri-adi bir məsələdir.

Bu hadisə öz növbəsində Ərəbistan sahillərində baş verən sakit bir savaş idi ki, sonunda Vaşinqton İranda üzr istəməli oldu. Yəni, Amerika İranı müharibə ilə təhdid etmədi və səs tonunu yüksəltmədi. Əksinə, İran tərəfindən məsələnin araşdırılması ilə bağlı müraciətlər aldı. İran baş verən hadisəyə reaksiya olaraq, bildirdi ki, bu hərbçilərin səhvən İran sularına daxil olduğu təsdiq edilərsə, onlar dərhal azad ediləcəklər.

Maraqlıdır ki, Fars Körfəzi sularında İranın su sərhədlərini qorumaqla məşğul olan Sepah qüvvələri arasında genral Əli Fədəvinin bu deyimi xeyli məşhurdur: "Biz varıq, amma, yoxuq". Yəni, Sepah Fars Körfəzini tam nəzarət altında saxlayır, amma, heç kim onları görə bilmir. Və istənilən növ gözlənilməz hadisənin baş verdiyi zaman, gözlənilmədən onlar ortaya çıxırlar.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah bu hərəkət ilə bir növ bu hadisə ilə əlaqədar olan bütün tərəflərə belə bir müraciət göndərmiş oldu ki, İran öz maraqlarının təhdid ilə üzləşdiyini hiss etdiyi anda, istənilən növ təhlükə ilə, hətta, Amerika ilə belə üzləşməyə hazırdır.

Vaşinqton ilə belə bir oyunun oynanılması şübhəsiz ABŞ-dan daha balaca olanlar üçün Tehranın heç vaxt öz hakimiyyət haqqına qarşı yönəlmiş hərəkətlər qarşısında güzəştə getməyəcəyi anlamına gələn bir mesaja malikdir. Artıq oyun qaydaları dəyişib və hər kəs öz həddini bilməlidir.

Teqlər