Yan 18, 2016 08:05 Asia/Baku
  • İran prezidenti nüvə şəhidlərinin ailələri ilə görüşüb
    İran prezidenti nüvə şəhidlərinin ailələri ilə görüşüb

İran İslam Respublikasının prezidenti nüvə şəhidlərinin ailələri ilə görüşdə nüvə anlaşmasında əldə olunmuş uğuru İslami İranın övladlarının və nüvə şəhidlərinin mübarizələri, eləcə də onların ailələrinin səbir və mübarizələrinin səmərəsi adlandırıb.

IRIB-nin məlumatına görə, höccətulislam vəlmuslimin doktor Həsən Ruhani bazar günü axşam İranın xarici işlər naziri və Atom Enerjisi Təşkilatı sədrinin də iştirak etdikləri bu görüşdə İranın nüvə anlaşmasındakı uğuru münasibətilə nüvə şəhidlərinin ailələrini təbrik edərək, əlavə edib: Şəhidlərin, xüsusən nüvə şəhidlərinin ailələri dam səbir və müqavimətlərinə görə, başıucadırlar və ümidvarıq ki, bütün şəhid ailələrinin xadimi ola və bu əzizlərin yollarını davam etdirə bilək.

Nüvə şəhidlərinin ailələri də dövlətin və nüvə müzakirə komandasının səylərini yüksək dəyərləndirərək, qeyd ediblər ki, bu anlaşmaya çatmaq olduqca çətin bir iş idi ki, xalqın sevincinə səbəb oldu.

Teqlər