Fev 09, 2016 11:56 Asia/Baku
  • Rəşt-Asta dəmiryolunun maliyyə təminatı üçün xarici investisiya hazırlığını bildirib
    Rəşt-Asta dəmiryolunun maliyyə təminatı üçün xarici investisiya hazırlığını bildirib

İran İslam Respublikası Dəmiryol Şirkətinin icraçı direktoru Gilan vilayətində Rəşt-Astara dəmiryolunun maliyyə təmnatı üçün Çexiya Respublikasının hazırlığını bildirdiyini deyib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Möhsün Purseyidağayi deyib: İran bazarlarında investisiya üçün yeni investisiya fürsətləri vardır və İran da infrastruktur və inkişaf layihələrində investorlar üçün münasib şərait yaratmışdır.

Dəmiryol Şirkətinin icraçı direktorunun dediyinə görə, Rəşt-Astara dəmiryolu da prioritet olaraq çəkiləcək və Çexiya Respublikasında bir bank bu layihənin icrasının maliyyə təminatı üçün hazır olduğunu bildirib.

Dəmiryol Şirkətinin icraçı direktoru Rəşt-Astara dəmiryolunun çəkilməsinin prioritet təşkil etdiyini bildirərək xatırladıb: Rəşt-Astara layihəsinin əsas məqsədi xarici dəmiryol şəbəkəsinə qoşulmaqdır və Əfqanıstana doğru dəmiryolu xətləri də 1394-cü günəş ilinin sonuna qədər istifadəyə veriləcək. Eləcə də İnçəburun layihəsi də sona çatmışdır.