Fev 09, 2016 12:44 Asia/Baku
  • Rəhbərlik Xobrəqan Məclisi vətəndaşları 22 bəhmən yürüşünə dəvət etdi
    Rəhbərlik Xobrəqan Məclisi vətəndaşları 22 bəhmən yürüşünə dəvət etdi

İranın Rəhbərlik Xobrəqan Məclisi İslami İranın bütün səhnələrində həmişə aktiv iştirak etmiş xalqı İslam İnqilabının qələbəsinin ildönümü günü 22 bəhmən (11 fevral) yürüşündə iştiraka dəvət edib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Rəhbərlik Xobrəqan Məclisi bir bəyanat verərək bildirib: 22 Bəhmən əziz islamın hakimiyyətinin başlanğıcı, İran xalqının birlik və vəhdətinin təzahürüdür. Bu xalq vəhdətlə, öz canını və malını Allah yolunda fəda etməklə, azadlıq və müstəqillik zirvəsini fəth etmiş və ali islam quruluşunu əldə etmişdir.

Bu bəyanatın davamında bildirilir: Şübhəsiz Xalq və Dövlətin Həmrəylik və Yekdillik ilində, önəmli və təyinedici Rəhbərlik Xobrəqan və İslam Şurası Məclislərinə seçkilər, eləcə də regional həssas şəraiti nəzərə alaraq bütün kütlələr, siyasi qruplar birliyi, vəhdəti və imanı qoruyaraq öz iqtidarı, başıucalığı və izzətini nümayiş etdirəcək, bir daha ölkənin fəxrli prosesində başqa bir əzəmətli qəhrəmanlıq yaradacaqlar.