Fev 09, 2016 17:37 Asia/Baku
  • Təqlid mərcələri xalqı 22 Bəhmən yürüşündə iştiraka dəvət etdilər
    Təqlid mərcələri xalqı 22 Bəhmən yürüşündə iştiraka dəvət etdilər

Təqlid mərcələri İran xalqını 22 Bəhmən yürüşündə geniş iştiraka dəvət ediblər.

Təqlid mərcələrindən olan Ayətullah Ələvi Qorqani bir bəyanat yayaraq, bildirib: İslam İnqilabının 37-cü ildönümü ərəfəsində beynəlxalq səhnədə dünyanın məzlum xalqlarının dünya imperializminin zülmü altında əzilməsinin şahidiyik və hər gün yeni müsibətlərin şahidi olurlar. Daxili səhnədə isə düşmənlər xalqı ümidsizləşdirmək üçün yeni planlar hazırlayırlar ki, bütün xalq və İnqilab və quruluşun tərəfdarları olanlar öz qəhrəmansayağı iştirakı ilə sübut etdi ki, bütün problemlərə rəğmən öz ayıqlığını qoruyub.

Ayətullah Nasir Məkarim Şirazi də İRİB müxbiri ilə müsahibədə ümidvarlıq edib ki, bütün İran xalqı ciddi və vahid formada 22 Bəhmən yürüşündə iştirak etsin.

Ayətullah Məkarim Şirazi də bu il İranda mövcud olan atmosferin həssaslığına və ciddiliyinə işarə edərək, deyib: İnqilabın qələbə çalmasının ildönümü günü yürüşünün əhəmiyyətinə xüsusi diqqət göstərilməlidir və inşallah onun bərəkəti bütün xalqa şamil olacaq.

Ayətullah Cəfər Səbhani də İslam İnqilabının qələbəsini ilahi nemət adlandırıb və deyib: Bütün xalq xüsusi ilə də gənclər 22 bəhmən yürüşündə iştirak etməlidir.