Apr 29, 2016 10:21 Asia/Baku
  • ABŞ məhkəmələrinin qərarları beynəlxalq hüquqa təhlükə yaradır - Zərif
    ABŞ məhkəmələrinin qərarları beynəlxalq hüquqa təhlükə yaradır - Zərif

İran xarici işlər naziri BMT baş katibinə ünvanlanmış məktubda ABŞ-ın yerli məhkəmələrinin İranın mal varlığı barədə çıxartdığı qərarı beynəlxalq hüquq üçün təhdid adlandırıb.

Məhəmməd Cavad Zərif İranın BMT-dəki daimi nümayəndəsi tərəfindən Ban Ki Muna təqdim edilən məktubda ABŞ-ın düşmənçilik siyasətlərinə görə İran xalqına kompensasiya ödəməli olduğunu vurğulayıb.

Məktubda deyilir: ABŞ ötən bir neçə ildə bu ölkənin yerli məh kəmələrində xarici ölkələr əleyhinə fərdi qaydada şikayətlərin irəli sürülməsinə icazə verməklə beynəlxalq hüququ ciddi problemlər və təhlükə ilə üzləşdirib.

Zərif öz məktubunda yazır: ABŞ-ın icraedici orqanları İranın mal varlığını qanunsuz şəkildə dondurur, bu ölkənin qanunvericilik orqanı İranın mal varlığının mənimsənilməsinə icazə verən qanunlar qəbul edir və sonda məhkəmə orqanları bu mal varlığının müsadirə edilməsi üzrə əsassız qanunlar çıxardır.

İİR xarici işlər naziri "dövlətlərin toxunulmazlığı" prinipini xatırladaraq, yazır: Bir dövlət əleyhinə irəli sürülən bütün iddialar iki və ya bir neçə tərəfli qaydada razılaşdırılmış formatda həll edilməlidir. Və ya etibarlı beynəlxalq məhkəmələr tərəfindən öz həllini tapmalıdır.

Zərif İranın ABŞ məhkəmələri tərəfindən qanunsuz şəkildə çıxarılan qərarları o cümlədən fərdi şikayətlərin təmin edilməsi üzrə İranın dondurulmuş pullarından 1.8 milyard dolların ayrılması barədə çıxarılan məhkəmə qərarını tanımadığını bildirib.

Məktubda həmçinin deyilir: İran bu rüsvayçılığa görə ABŞ-ın məsuliyyət daşıdığına inanır və öz haqqını təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək.