Apr 29, 2016 17:27 Asia/Baku
  • Hüseyn Dehqan: ABŞ-ın Suriyaya hərbi müdaxiləsi beynəlxalq qanunları pozur
    Hüseyn Dehqan: ABŞ-ın Suriyaya hərbi müdaxiləsi beynəlxalq qanunları pozur

İranın müdafiə naziri ABŞ-ın Suriyada hərbi iştirakını beynəlxalq qanunların aşkar formada pozulması adlandırıb.

Əl-Aləm kanalının verdiyi məlumata görə genral-mayor Hüseyn Dehqan bir televiziya müsahibəsində ABŞ-ın Suriyaya 250 hərbçi göndərməsinə reaksiya olaraq deyib: Bu hərəkət, aşkar müdaxilə və təcavüz sayılır.

İranın müdafiə naziri Amerika, Ərəbistan, Qətər və bəzi regional oyunçuların məntəqəni gərginliyə sürükləmələrini tənqid edib və deyib: Bir Ərəb-Amerikan-Sionist fitnəsinin şahidiyik. Yoxsa, Suriyada ABŞ-ın hərbi iştirakı üçün hər hansı bir səbəb yoxdur.

General-mayor Hüseyn Dehqan əlavə edib: Amerika və Ərəbistan müqavimət cəbhəsinə qarşı başlatdıqları vasitəli müharibədə öz maraqlarını təmin etməyə çalışırlar.

İranın müdafiə naziri Tehranın Suriyada təhlükəsizliyin bərpa edilməsi üzrə səylərinə təkid edib və deyib: İran terrorçular ilə mübarizədə Suriya dövlətini dəstəkləyir.