Apr 29, 2016 19:48 Asia/Baku
  • İran İslam Şurası Məclisinə seçkilərin 2-ci mərhələsi xalqın geniş iştirakı ilə keçirildi
    İran İslam Şurası Məclisinə seçkilərin 2-ci mərhələsi xalqın geniş iştirakı ilə keçirildi

İran İslam Şurası Məclisinə 10-cu çağırış seçkilərinin ölkənin 21 əyalətində keçirilən 2-ci mərhələsi də, seçkilərin 1-ci mərhələsində olduğu kimi əhalinin geniş iştirakı ilə yanaşı olub.

Bu gün səhər saat 8-də başlanan İran İslam Şurası Məclisinə 10-cu çağırış seçkilərinin 2-ci mərhələsi 21 əyalətdə 55 seçki dairəsi üzrə keçirilib. Seçkilərdə İslam Şurası Məclisinin boş qalan 68 yeri uğrunda 136 namizəd rəqabət aparıb.

Seçkilərin 2-ci mərhələsində 17 milyon nəfərin səsvermə hüququna malik olduğu bildirilmişdi.

İRİB-nin verdiyi məlumata görə, seçkilərin 2-ci mərhələsində xalqın iştirakı yüksək səviyyədə olub. Xüsusilə, gənclərin səsvermədə aktiv iştirak etməsi gözəl səhnələrin yaranmasına səbəb olub.

İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari seçkilərin gedişində jurnalistlərə verdiyi açıqlamada deyib: Bütün seçki məntəqələrində təhlükəsizlik tam qaydada təmin edilib və seçkilərin gedişində təhlükəsizliyin pozulması ilə bağlı heç bir hal qeydə alınmayıb.

Daxili İşlər Nazirliyinin seçki qərargahının rəisi Məhəmməd Hüseyn Moqimi də əhalinin seçkilərdəki iştirakını son dərəcə yüksək qiymətləndirib və deyib: Seçki məntəqələri çox yaşı atmosferə malik olub.

H.Moqimi həmçinin deyib: Bütün seçki məntəqələrində qanunlara riayət olunub və heç bir qanun pozuntusu qeydə alınmayıb.

İran İslam Respublikası Konstitusiyasına nəzarət üzrə Negəhban Şurasının seçki baş idarəsinin müdiri Əlirza Nilçi də seçki məntəqələrində namizədlərin nümayəndələrinin sayının 6 dəfə artmasına işarə edib və deyib: İslam Şurası Məclisinə 10-cu çağırış seçkilərində ümumilikdə 4824 namizəd rəqabət aparıb. Və seçki məntəqələrində namizədlərin 90000 nümayəndəsi seçkilərin gedişini yaxından izləyib. Bu isə hər bir namizədin orta hesabla seçki məntəqələrində 20 nümayəndəyə malik olması deməkdir.

İran Daxili İşlər Nazirliyinin seçki qərargahının rəisi Məhəmməd Hüseyn Moqimi seçkilərin nəticəsinin nə zaman açıqlanacağı barədə isə deyib: Bir çox seçki məntəqəsində səsvermənin nəticələri sabah səhər saat 8-də elan olunacaq. Bəzi məntəqələrdə isə nəticələrin sabah ilk saatlarda elan olunmasına səy göstərilir.

İran İslam Şurası Məclisinə 10-cu çağırış seçkilərinin 1-ci mərhələsi 26 fevral 2016-cı il tarixində keçirilmişdi. Seçkilərin birinci mərhələsində İslam Şurası Məclisinin 221 yerinin sahibi müəyyən edilmişdi. Yerdə qalan 68 yer uğrunda isə bu gün 136 namizəd rəqabət aparıb. Seçkilərin 1-ci mərhələsində əhalinin iştirak səviyyəsi 62% olmuşdu.