Apr 30, 2016 11:22 Asia/Baku
  • Amerikaya ağır su satışında Kanadanın alternativi İran oldu
    Amerikaya ağır su satışında Kanadanın alternativi İran oldu

İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: İran Amerikaya ağır su satışında Kanadanın alternativi olub.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü və bu təşkilatın hüquq və beynəlxalq məsələlər üzrə müavini Behruz Kamalvəndi İRNA-ya müsahibədə əlavə edib: Ərak Ağır Su zavodunun fəaliyyətinin dayandırılması ardınca olan amerikalılar onun işini davam etdirməsini qəbul etmək məcburiyyətində qaldılar və hazırda Ərakın ağır suyunu satın alırlar.

Kamalvəndi bildirib: Amerika Kanadadan satın aldığı ağır sudan daha çox miqdarda İrandan ağır su alır və əslində İran kanadalı şirkətlərə alternativ olmuşdur.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: İran 130 ton ağır suyu saxlamaqdan əlavə, beynəlxalq bazarlara 70 ton ağır su təqdim edir.

Kamalvəndi bildirib: İran Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsində öz öhdəliklərini yerinə yetirməkdədir və qarşı tərəf də öz öhdəliklərini yerinə yetirməlidir.