Apr 30, 2016 14:27 Asia/Baku
  • BMT: Tehran-Vaşinqton münaqişəsinin həllinə kömək etməyə hazırıq
    BMT: Tehran-Vaşinqton münaqişəsinin həllinə kömək etməyə hazırıq

BMT Tehranla Vaşinqton arasındakı münaqişənin həllinə kömək etməyə hazır olduğunu bildirib. ABŞ məhkəməsinin İranın maliyyə hesabından 2 milyard dolların amerikalılara ödənməsinə dair qərar verməsindən sonra, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT baş katibi Ban Ki Muna məktub ünvanlayaraq onu bu barədə bütün vasitələrdən istifadə etməyə çağırıb. Bu istiqamətdə beynəlxalq qanun-qaydalardan istifadə etmək mümkündür.

BMT və ABŞ Zərifin məktubunu cavabladılar. İran xarici işlər nazirinin BMT baş katibinə ünvanladığı məktubda Amerikanın utanmaz hərəkətinə etiraz etməsindən bir gün sonra, həm BMT, həm də ABŞ həmin məktuba reaksiya veriblər.

Zərif həm bu məktubda, həm də əvvəlki çıxışlarında bildirmişdi ki, İranın maliyyə hesablarının dondurulması və 2 milyard dolların saxlanılması beynəlxalq qanun-qaydalara ziddir.

İran xarici işlər naziri deyib: Biz maliyyə hesablarımızın qorunmasında Amerikanı məsuliyyət daşıyan tərəf hesab edirik. Bizim əmlakımız istənilən müdaxilə olarsa, lazımi zamanda Amerika qarşısında təzminatın ödənməsini tələb edəcəyik.

BMT baş katibinin sözçüsü Stefan Dojarrik deyib ki, bu təşkilat Zərifin məktubunu araşdırır. O deyib: Əgər iki tərəf istəyərsə, təşkilat Tehran və Vaşinqton arasındakı münaqişəyə kömək edəcək.

Lakin Amerika bildirib ki, bu qərarda nöqsan görmür ki, onu beynəlxalq səviyyədə həll etsin.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tuner isə bildirib: Biz mütləq bu məktubu görmüşük. Bu məktubda Ali Məhkəmənin İranın Mərkəzi Bankı ilə əlaqədar qərarına aid olan hissədə, fikrimizcə Amerikanın qanunları və Məhkəmənin qərarı beynəlxalq qanunlarla ziddiyyətdə deyildir.

Amerikanın Ali Məhkəməsi vurğulayıb ki, Amerika məhkəmələri terror aktları ilə əlaqədar cinayətlər barəsində İranın dondurulmuş əmlakından kompensasiyanın ödənməsi üçün istifadə edə bilərlər.

Bu məhkəmə eyni zamanda 33 il öncə Livanın Beyrut şəhərində törədilən terror aktında zərərçəkənlərin ailələrinə təzminatın ödənməsi bəhanəsi ilə İranın dondurulmuş əmlakından 2 milyard dolların götürülməsinə qərar verdi.

Bu o zaman baş verdi ki, Nyu-Yorkda İran xarici işlər naziri amerikalı həmkarından vəd almışdı ki, Ağ Ev Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə əlaqədar öz öhdəliklərini yerinə yetirsin.